25 May 2022 12:46
2 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Lalə Azərtaş Xəzər televiziasında yayımlanan "Təsir dairəsi" verilişində səsləndirdiyi "Kişinin ayağını yuyub, kirini, suyunu içəcəksən" fikrinin tənqid edilməsinə cavab verib.

Teleqraf.com-un xəbərinə görə, Lalə Azərtaş fikirlərini məcazi mənada dediyini vurğulayıb: "El dilində elçi gedəndə deyirlər ki, gözün su içdimi? Göz su içmir. Məcazi mənada dedim.

Həmişə üzü gülən Lalə kim deyir ki, problem yaşamır. İstəyənim qədər istəməyənim də çoxdur. Amma həmişə qaməti dik dururam. Üzümdən təbəssümümü əskik etmirəm. Zərif gülümsəyirəm, bilirəm ki, yaxşı insanlar və yaxşıya qiymət verənlər var".

Qeyd edək ki, Lalə Azərtaşın "Ailələrin dağılmasının qəti eleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan. Hələ nənə-babalarımız demiş, ayağının kirini suyunu da içəcəksən", - fikri birmənalı qarşılanmamış tənqidlərə məruz qalmışdı.


Müəllif: Rəqsanə Həsənova