19 İyun 2022 00:16
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yahyayeva "MTV Maqazin" verilişindəki açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Sevda Yahyayeva biznes sahəsinin olmadığını etiraf edib: "Gəlirim sənətimdəndir. Şükür Allaha bu məni qane edir. Gələcəkdə moda evi aça bilərəm".

Gəlinlik paltarını sata bilməyən Sevda Yahyayeva bu sözləri deyib: "Türkiyəli modelyer Muammer Ketenci tərəfindən hazırlanan gəlinlik paltarımı satıram. İkinci dəfə gəlinlik paltarı geyinməyəcəm ki. Qiyməti çox bahalıdır. İnşallah sataram və onu alan da xoşbəxt olar. Ketenci imzası varsa ucuz qiymətdən söz ola bilməz".

Qeyd edək ki, Sevda Yahyayeva həkim-genetik Zakir Bayramovla evlidir.


Müəllif: Rəqsanə Həsənova