Moskvada “Qızıl qramofon” mükafatlandırma mərasimi keçirilib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gün Kreml sarayında “Ruskiy Radio”nun təşkilatçılığı ilə mükafatlandırma mərasimi keçirilib. Müğənni-bəstəkar Emin Ağalarovun da qatıldığı gecədə rus estradasının tanınmış simaları Filipp Kirkorov, Vera Brejneva, Dima Bilan, Valeriya, Qriqoriy Leps, Stas Mixaylov, Byanka və başqaları hit mahnılarına görə “Qızıl qramofon”a layiq görülüblər. Mərasimin aparıcıları isə İvan Urqant və Dmitri Nağıyev olub.
Emin isə “Ya luçşe vsex jivu” (“Mən hamıdan yaxşı yaşayıram”) adlı mahnısına görə mükafat alıb.
Teleqraf.com gecədən olan fotoları təqdim edir :
Rüstəm