25 İyun 2022 19:09
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç vaxt ailə qurmaq istəməmişəm. Artıq 40 yaşıma yaxınlaşmışam. Səidə olaraq formalaşmışam. Bundan sonra hansısa kişinin nazını götürüm, onun paltarını yuyum və sair. Mən bunu bacarmaram. O mənə desin ki, bunu etmə... Artıq özüm formalaşmış insanam. Məni bundan sonra kim dəyişə bilər?"

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "MTV Maqazin" verilişində deyib.

İfaçı ana olmaq istəmədiyini də söyləyib: "Ana olmaq arzusunda deyiləm. Dünyaya övlad gətirmək istəmirəm. Ən böyük arzularımdan biridir ki, Uşaq Sığıncağaından 5-10 uşağı götürüm, saxlayım. Hətta onları təhsil verim və üzərlərində zəhmətim olsun".

İfaçı kişilərin diqqətsizliyindən də danışıb: "Qadın kişidən diqqət görəndə xoşbəxt olur. Bu dünyada qadının başqa istək və arzusu yoxdur. Xanım nəvaziş istəyir".



Müəllif: Rəqsanə Həsənova