1 İyul 2022 16:06
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova ötən axşam qızı Aysun İsmayılovanın Bakıda məkanların birində baş tutan toy mərasiminə gəlməməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqramda qızının toy mərasimindən video paylaşaraq bu sözləri yazıb:

“Hər bir valideynin arzusudur ki, balası xoşbəxt olsun. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram, onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah yaxşı olaram. İyulun 25-də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik, Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma sonsuz təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində. Qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun ki, bu toy da baş tutdu".

Qeyd edək ki, Aysun İsmayılova Eşqin Cəlilovla evlənib.


Müəllif: Rəqsanə Həsənova