Türkiyədə olduğu qədər Azərbaycanda da tanınan məşhur şairə Aişə Birgül Yılmaz şəxsi facebook səhifəsində gənc müğənnimiz Hicran Selcan haqda maraqlı fikir yazıb.
Türk şairə müğənnimizi qardaş Türkiyə və Özbəkistanın tanınmış müğənnisi Yıldız Usmanova ilə müqayisə edib: “Hicran Selcan Azərbaycanın Yıldız Usmanovası. Azərbaycan sənətçilərindən daha öncə adını eşitməmişdim, yeni isimlərdəndir. Söz və musiqisi mənim dəyərli dostum Azər Nasibova aid olan “ Sene Geldim “ şarkısını yüz dəfə dinlədim möhtəşəm bir səs. Hicran Selcan üçün Türkiyədə bizim sənətçilərdən duet ortağı ola bilir. Yolu açıq olsun, sənət həyatında başarılar diləyirəm".
Qeyd edək ki, Hicran Selcan ötən gün dinləyicilərə “Sənə gəldim” adlı yeni lirik mahnısını təqdim edib. Sözügedən mahnının sözləri və musiqisi Azər Nəsibovundur. Müğənni yeni mahnısına klip çəkdirəcək. Klipi yenə də rejissor Rəhman Əliyev çəkəcək.
Yeni mahnını diqqətinizə çatdırırıq.