"Allahın köməyi ilə xalqımızla Laçına gedəcəyik".
Bu sözləri Teleqraf.com-a əməkdar artist Ehtiram Hüseynov deyib:
"Yalnız Laçında yox, işğaldan azad edilən büyün torpaqlarımızda konsert proqramı ilə çıxış etmək arzumdur. Yəqin ki, əhalimiz bir neçə ildən sonra köçürələcək. Şuşaya getmişəm. Laçında yaşamaq istərdim. Evimizin yalnız yeri qalıb. Mənfurlar tək bizim kəndi deyil, bütün Qarabağı dağıdıblar. Nənə-babalarımın ataları Laçında rəhmətə gediblər. Laçına gedərkən onların məzarını ziyarət edəcəm".
Hacısamlı kəndində dünyaya gələn əməkdar artist Laçın şəhərində musiqi fəaliyyəti ilə bağlı planlarından da danışıb: "Laçında muğam məktəbi açmaq bizim borcumuzdur. Dövlətimiz muğam məktəbi açandan sonra orada fəaliyyət göstərmək istəyərəm".