29 Avqust 2022 13:29
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Xalq artistinin qızı Aytən Həsənova Teleqraf.com-a atasının səhhəti haqda məlumat verib: "Hazırda atamın səhhəti orta-ağırdır. Mərdəkanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasındayıq. Atamı xəstəxanaya avqustun 26-da təcili yardım vasitəsi ilə gətirdik. Əslində, həmin günü səhər xəstəxanaya gətirmişdim, amma burada qalmaq istəmədi. Həkimə dedi ki, evdə ailəm baxacaq.

Evə gələndən sonra isə təzyiqi düşüb, yıxılıb, başı şkafa dəyib, zədə alıb. Bu gün analizlər verilib. Səhər səhhəti çox pisləşmişdi. Ürəyi anju olmalıdır, oksigen çatışmır. Damar tıxanıqlığı var".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər