Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib.
Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib: "Atamın səhhəti pisləşib, yaxşı deyil. Daxili qanaxması var. Bu gün özəl xəstəxanaların birinə yerləşdirəcəyik. Həkimlər deyirlər ki, vəziyyəti ağırdır".
Qeyd edək ki, 73 yaşlı xalq artisti Mərdəkanda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasındadır.