Pop-diva Madonna yenidən "Versace" şirkətinin siması olub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən günlərdə fotoqrafların obyektivi qarşısına keçən müğənni "Instagram" hesabında həmin fotoları paylaşıb.
Şirkətin rəhbəri Donatella Versag bildirib ki, onlar Madonnaya güvənirlər.
Qeyd edək ki, "Versace" ilə müğənninin əlaqələri 1995-ci ildən başlayır. İlk dəfə şirkətin "yaz kampaniyası" üçün fotoqraf Stiven Meyzellə ağ-qara çəkimlər edən Madonna həmin ilin payızında da Mario Testinonun fotosessiyasında iştirak etmişdi.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm