Ermənistanı dəstəkləyən və Bakıda konserti ləğv edilən ukraynalı müğənni Maks Barskixə müğənni-bəstəkar Murad Arif cavab verib.
Teleqraf.com xəbər verir ki, Murad Arif İnstaqramda video paylaşaraq konsertin müğənni tərəfindən deyil Bakı təşkilatçıları tərəfindən ləğv edildiyini deyib:
"Bir neçə saat əvvəl Maks Barskixə səhifəsində yazdım ki, konsertin Bakıda olmayacaq. Sonra iticket.az saytı məlumat yerləşdirdi ki, Maks Barskixin konserti Bakıda olmayacaq. O isə bu elandan sonra İnstaqram səhifəsində yazıb ki, guya konserti özü tərəfindən ləğv edilib. Amma konsert Bakıda təşkilatçılar tərəfindən təxirə salınıb".
Maks Barskix İnstaqramda hekayə bölümündə Ermənistana dəstək üçün Azərbaycanda konsertini ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, Çaks Barskixin konserti dekabrın 10-da Bakıda Bakı Konqres Mərkəzində nəzərdə tutulmuşdu.