Aparıcı Turan İbrahimov yenidən "Space" televiziyasına qayıdıb.
Teleqraf.com xəbər verir ki, Turan İbrahimov bu haqda sosial şəbəkədə məlumat verib:
"Qayıdıram. Beş il əvvəl qoyub getdiyim xəbər formatıyla, bu dəfə "Space Səhər"lə. Ənənəvi televiziyanın qürub dövründə efirdə olmaq qərarım, həm də özüm üçün eksperement xarakterlidir. Yaşı 55-dən yuxarı olan bütün Azərbaycanlıları görüşə çağırıram. Onsuz da hazırda televiziya tamaşaçıları əsasən onlardır. Həftə içi beş gün, səhər saat 8-dən 10:15-ə qədər "Space" televiziyasında görüşürük".
Qeyd edək ki, Turan İbrahimov "Space Xəbər"in aparıcısı idi.