30 Sentyabr 2022 11:54
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova müğənni Rəhim Rəhimlinin vəfatından danışıb.

Teleqraf.com xəbər verir ki, o, Rəhim Rəhimli ilə yeni layihələr planlaşdırdıqlarını deyib: "Yeni mahnı almışdıq. Onunla sıx əlaqədə idik. Mənə deyirdi ki, imicimi dəyişmişəm və daha yaraşıqlı olmuşam. Çox böyük arzuları var idi, bu arzularla getdi.

Tez-tez danışırdıq. Sonuncu dəfə dünən yazışdıq, ona "Günaydın, aşqım" yazırdım. Cavab yazmayanda bilirdim ki, məşğuldur.

İki-üç gün əvvəl tədbirlərin birində bərabər idik. Xəstəliyindən xəbərsiz idim. Dərdini bölüşən insan deyildi. Ayağı sınmışdı və elə bilirdim ki, bununla bağlı müalicə alır. Səhnəyə çıxandan sonra ayaqları çox şişirdi. Bunu ən yaxın dostları ilə bölüşürdü.

Şou-biznesdə Rəhim Rəhimli ən yaxın dostum, sirdaşım idi. Hər şeyi ancaq ona danışırdım və yalnız ondan arxadan zərbə gözləməzdim. Allah rəhmət eləsin".

***

11:36

Xalq artisti Aygün Kazımova müğənni Rəhim Rəhimlinin Səbail rayonunda yerləşən evinə gəlib.

Teleqraf.com xəbər verir ki, ifaçının vida mərasimdə ailə üzvləri, yaxınları və sənət dostlarından isə xalq artisti Aygün Kazımova ilə yanaşı müğənni Niyam Salami, reper Fərid Eminov, aparıcılar Elgiz Əkbər, Lalə Əlimuxtarova, Turan İbrahimov, bəstəkar Könül Nazimqızı, bəstəkar-müğənni Murad Arif, aktyor Elşən Orucov və bir çoxları iştirak edirlər.

Qeyd edək ki, ifaçı bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.


Müəllif: Rəqsanə Həsənova