4 Oktyabr 2022 00:13
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baku Medikal Plaza” tibb mərkəzinin şöbə müdiri, kardioloq Üzeyir Rəhimov mərhum müğənnu Rəhim Rəhimli haqda yazdığı şərhə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Üzeyir Rəhimov sosial şəbəkədə bu sözləri yazıb: "Bildirmək istəyirəm ki, köhnə pasientim olan mərhum Rəhim Rəhimli haqqında yazdığım statusdakı məqsədim, öüm səbəbi haqqında ortalıqda dolaşan çirkin dedi-qodulara son qoymaq, onu ləkələmək istəyənlərə olan etirazım idi. Mərhum ağır ürək xəstəsi idi, ölüm səbəbi də ürəkdən olub, başqa bir şeydən yox. Söhbəti başqa tərəflərə çəkməyə, çox sevdiyim mərhum sənətçimizin ruhunu incətməyə gərək yoxdur. Vəssəlam".

Qeyd edək ki Rəhim Rəhimli sentyabrın 30-da 43 yaşında ürək tutmadan vəfat edib.


Müəllif: Rəqsanə Həsənova