9 Dekabr 2014 15:38
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kraliçası II Yelizavetanın nəvəsi şahzadə Uilyam və xanımı, Kembric hersoginyası Keyt Middltonun ABŞ-a üçgünlük səfəri davam edir.

Teleqraf.com xəbər verir ki, ötən gün onlar Nyu-Yorkdakı "Barclays Center" arenasında Amerika Milli Basketbol Assosiasiyasının (NBA) "Bruklin Nets" və "Klivlend Kavalyers" klubları arasındakı matçda olublar. "Kavalyers"in rəqibini 110:88 hesabla məğlub etdiyi matçda şahzadə ilə onun 5 aylıq hamilə olan xanımı dünyanın ən məşhur müğənnilərindən biri Beyons və onun əri Cey Zi ilə görüşüblər.

Tribunada ön yerdə əyləşən şahzadə Uilyamın yanında basketbol ulduzu Dikembe Mutombo əyləşmişdi. Matçdan əvvəl şahzadə Uilyam və hersoginya Keyt Middlton Nyu-Yorkun Harlem səmtinə yollanaraq uşaqlarla görüşüblər. 3-4 yaşlı balacalar hersoginya Keyti görəndə çox seviniblər. Onlar hersoginyanın "Frozen" animasiya filmindəki şahzadə qız olduğunu düşünürdülər.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər