Bir müddət əvvəl səhhəti pisləşən əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə aparıcı Hacı Nuran məlumat verib:
"Biz verdiyimiz sözə əməl etdik, əməkdar artisti Dədə Süleymanı xəstəxanaya yerləşdirdik. Düzdür, 83 yaşlı sənətkarın evdən çıxarılması çox riskli idi. Hətta bəziləri bunun mümkünsüz olduğunu deyirdi, amma Azərbaycanın səhiyyə sistemində mümkünsüz heç nə yoxdur. Biz bunu qardaşım, xalq artisti Ağadadaş Ağayevlə bir daha sübut etdik. Dədə Süleymanı əllərimizdə düşürüb, təcili tibbi maşınıyla xəstəxanaya çatdırdıq.
Hazırda Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən xanəndə həyatla mübarizə aparır. Ayağı qanqrena edib, vəziyyəti kritikdir. Amma Allahdan ümid heç vaxt üzülməz . Dədə Süleyman üçün çoxlu dua edək".
Qeyd edək ki, xanəndənin 83 yaşı var.