21 Oktyabr 2022 16:22
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən gün atamı xəstəxanaya yerləşdirdik. Bu məsələdə köməyini əsirgəməyən Hacı Nuran, Ağadadaş Ağayevə təşəkkür edirik. Atam hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir".

Bu sözləri Teleqraf.com-a əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva deyib:

"Atamın vəziyyəti ağırdır. Gecə saatlarında atama mənfi 1 qrupundan qan lazım oldu. Bu qan qrupu çox çətin tapılır. Gecəylə Ağadadaş Ağayev oğlu Həmidi göndərdi və o, qanı tapdı. Çox sağ olsunlar. Həkimlər dedilər ki, əlimizdən gələni edəcəyik. Xəstəliklə əlaqədar atamda qan azlığı var. Ayağında qanqrena bədəninə zəhərlənmə verib. İnşallah, tezliklə atam reanimasiyadan çıxar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər