24 Oktyabr 2022 12:38
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin boşanmasından danışıb.

Teleqraf.com xəbər verir ki, əməkdar artist Aynur Dadaşovanın aparıcılıq etdiyi "Axşam havası" verilişində bu sözləri deyib:

“Ana bir mələkdir və övladlarını qorumalıdır. Ürəyimin təmizliyindən balam da əziyyət çəkib. Bu bir imtahandır. Hərdən oğluma da deyirəm ki, bu, bizim imtahanımızdır. Sən Allaha yalvar ki, bizi bu imtahandan üzü ağ çıxarsın. Daha çətin imtahana çəkməsin".

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərim həyat yoldaşı Cananadan ayrılıb. Onların üç övladı var. Kərim ikinci dəfə ailə qurub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər