4 Noyabr 2022 13:40
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu Xəzər televiziyasında yayımlanan "Xəzər axşamı" verilişində həyat yoldaşı Hacı Ramildən danışıb.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu həyat yoldaşının üzünü göstərməsinə belə münasibət bildirib:

“Artıq doqquz ildir ailəliyik. O, özünü göstərməyi, reklam etməyi sevmir. Bu, normaldır və illərdir ki, bəyin fikrinə hörmət etmişəm. Amma bir söhbət oldu, dostumuz Əli var. Sosial şəbəkələrə baxırıq, körpəyə o qədər xoşagəlməz sözlər yazırlar ki, bu, Azərbaycan xalqına yaraşmır. Sözlərimi hər kəsə şamil etmirəm, 20 faiz insan bambaşqa sözlər deyir.

O da insandır, düşündü ki, artıq 9 ildir. Dedi, Əli ilə şəklini özü paylaşacaq, kim nə deyirsə, elə özünə desin. Maşallah, körpənin atası, ad, soyadı varsa, ona heç kim nəsə deyə bilməz. Allah bütün övladları atalı-analı böyütsün".

Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə gün öncə ilk dəfə sosial şəbəkədə həyat yoldaşı Hacı Ramilin və oğlu Əlinin fotosunu paylaşıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər