Müğənni Şəbnəm Tovuzlu həmkarı Vüsal Əliyevlə ARB televiziyasında yayımlanan “Xəbər ətər” verilişinə çıxmamasının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ifaçı canlı yayıma bağlanaraq Qubada olduğunu deyib:
“Qubadan zəng edirəm, iki gün idi ki, yas mərasiminə gəlmişik. Vüsal Əliyev sənət dostumdur. İllərdirhörmət etdiyim və dəyərli insandır. Vüsal Əliyevin verilişə gəlməsindən xəbərim olmayıb. Mənə verilişdə Babək Neftəliyevin olduğu deyilib.
Nəyə görə onunla efirə çıxmayım? Vüsaldan artıq adamlarla efirə çıxacam?! Vüsal mənim dostumdur, onunla efirlərə çox çıxmışam. Bizim duetimiz də var”.