Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) xəstəxanadan evə buraxılıb.
Toppuş bacı Teleqraf.com-a açıqlamasında səhhətinin orta-ağır olduğunu deyib:
"Səhhətim kafidir. Xəstəxanadan çıxmışam, amma indi sistem köçürməyə gəlmişəm. Başımdakı olan törəmələrə görə qaytarıram. Dekabrın 7-də ikinci iynəm vurulacaq. Həmin vaxt kimyaterapiya da alacam. Qan analizi verdikdən sonra nəticə məlum olacaq".
Qeyd edək ki, Tünzalə Əliyevanın başında bədxassəli şiş akarlanıb.
Aktrisa bir neçə gün öncə mədə qanaxmasıyla Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.