24 Noyabr 2022 15:52
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Çingiz Mustafayev Məkkəyə gedib.

Teleqraf.com xəbər verir ki, Çingiz Mustafayev İnstaqramda video paylaşıb:

"Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm, rayondakı evimizin divarında Məkkənin şəkli də var. By müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Kəbəyə yaxınlaşmaq istəyəndə içimdən heç vaxt hiss etmədiyim və təkrar olunmayacaq hisslər keçirdim. Sanki ürəyimin lotos gülü açılmağa başladı.

Hətta bir anlıq içimə qorxu gəldi, elə bildim özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin".


Müəllif: Rəqsanə Həsənova