2 Dekabr 2022 15:20
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-aparıcı Murad Arif Türkiyənin “Altın Kelebek” mükafatlandırma mərasimini tənqid edib.

Teleqraf.com xəbər verir ki, üç il əvvəl “Altın Kelebek” mükafatlandırma mərasimində namizədlər arasında yer alan Murad Arif sosial şəbəkədə etiraz edib.

“Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, filmi, mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. Bu sənət nominasiyalarının içində bir dənə (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyası açıblar. Hər il Azərbaycandan sanki “saç” seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyəti olmayan adamları soxuşdurmaq? Zənnimcə mən də, Hiss də, konkret bir məsələyə aidiyyəti olmayan, bu “təki olsun” kateqoriyasını boykot etməkdə haqlıyıq. “Altın kelebek Azərbaycanın starı” nədir?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”

Qeyd edək ki, Türkiyənin “Altın Kelebek” mükafatlandırma mərasimində ölkəmizdən aparıcı Turanə Hüseynli, müğənnilər Ayaz Babayev, Nəzrin qatılacaq.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər