30 Dekabr 2022 13:44
4 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nurlan Əzizbəyliyə Heydər Əliyev Fondu dəstək olub.

Teleqraf.com-un xəbərinə görə, müğənni bu haqda İnstaqram hesabında məlumat verib.

O, Birinci vitse-prezident Mehriban Əliyevaya video-müraciət ünvanlayaraq təşəkkür edib: “Sevincimin həddi-hüdudu yoxdur. Çünki problemlərimlə bağlı müraciət etmişdim, dövlətimiz sağ olsun, başda Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyimiz! Mənim problemlərimlə maraqlandılar. Hər şeyi öz yoluna qoydular”.

Qeyd edək ki, ifaçı saytımıza açıqlamasında maddi vəziyyətinin pis olduğunu, ərzaq və dərman almağa pul tapmadığını demişdi.


Müəllif: Rəqsanə Həsənova