25 Dekabr 2014 11:48
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının qala-konserti keçirilib.

Teleqraf.com xəbər verir ki, qala-konsertdə 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və festivalın təşkilat komitəsi tərəfindən seçilərək proqrama daxil edilən mahnılar səsləndirilib.

Xalq artistləri Flora Kərimova, Nisə Qasımova kimi sənətkarlarımızla yanaşı, müğənnilər sırasında ən gənc müğənni Orxan Babazadənin ifasında hit olan “Bahar çiçəyim” adlı mahnı da yer alıb.

Mahnının musiqisi müğənni Ceyhun Əliyevə, sözləri isə teleaparıcı Azər Şirinə məxsusdur.

Belə bir məşhur festivalda iştirak edib qalib olduğuna görə sevindiyini deyən müğənni təəssüratlarını bölüşüb: “Məşhur sənətkarlarımızın musiqilərinin yer aldığı belə bir məşhur festivalda mahnımın qalib olması mənə yaradıcılıq stimulu verir, gələcəkdə daha gözəl musiqilər ifa etməyə ruhlandırır. Hər bir gənc ifaçı “Bakı gecələri” festivalında qalib olmaq arzusundadır”.

Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Artıq 4-cü dəfədir keçirilən festival iki ildən bir reallaşır. “Bakı Gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.

Teleqraf.com video və fotonu təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər