Müğənni Manaf Ağayev xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın dəfn mərasimində iştirak edib.
Manaf Ağayev Teleqraf.com-a açıqlamasında Zeynəb Dostəliyevanın ölümünə kədərləndiyini deyib:
"Ağır itkidir. Zeynəb xanım özü də müğənni idi, sənətkar idi. Bacısı Nazpəri xanım isə mənə əziz, doğma insandır. Onun ağır günü mənim günümdür.
Zeynəb Dostəliyevanın ölümünü çox gec eşitdim. Səhər Nazpəri xanımının evinə gəldim. Zeynəb xanımla münasibətim normal idi, amma Nazpəri xanım kimi deyildi. Nazpəri Dostəliyeva ilə çox yaxın münasibətim var, onunla danışıb dərdləşirik.
Sənətdən əlavə onun dostluğundan da yoxdur. Kişi kimi qadındır. Böyük dərddir, arda-arda Nazpəri xanımın oğlunu, qardaşı və bacısını itirdi".