21 Fevral 2023 14:19
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşı tərəf məndən üzrxahlıq istəyir. Nə qədər kövrək və yaxşı insan olsam da, günahım olsaydı, onu edərdim. Əlbəttə ki, üzr istəmək böyüklükdür. Amma o insanın vicdanı, Allahı varsa otursun, düşünsün və fikirləşsin. O, mənim qəlbimə toxunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva Arb televiziyasında yayımlanan "Xəbər-ətər" verilişində məhkəməyə verdiyi şairə Nazilə Səfərli haqqında danışarkən deyib.

Rəqqasə haqqında "Nazilə Səfərli deyib ki, Fatimə Fətəliyeva danışmasın, oynasın" iradına isə belə cavab verib: "Mənə qarşı tərəf danışmaq öyrədəcək?! Şairə kimi poeziya gecələri apara bilər. Mən isə pozitivəm, sözbazam, bu, içimdən gəlir. Oturub bütün günü yazmıram. Bizim nə qədər mübahisəmiz olsa da heç vaxt deyə bilmərəm ki, məclisi öldürür, bütün günü ağlaşma aparır".

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı bu sözlər səbəb olub: “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər