Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxsdən hüquq-mühafizə orqanlarına şikayət edib.
Teleqraf.com xəbər verir ki, Nigar Camal bu haqda sosial şəbəkədə məlumat yayıb: "Ötən gün şikayətimdən sonra məsələ dərhal nəzarətə götürüldü. Bu gün isə izahat və şikayət ərizəsi yazdım. Hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. Məsələyə düzgün hüquqi qiymət veriləcəyindən əminəm. Belə həssas bir məsələdə yardım əlini gözlədiyimdən də tez uzatdığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına, həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Azərbaycan xanımına və vətəndaşına yüksək dəyər nümayiş etdirdikləri üçün minnətdaram".
Qeyd edək ki, ötən gün 99-RJ-449 KİA markalı avtomobilin sürücüsü Nigar Camalın idarə etdiyi avtomobilə hücum çəkərək şüşələrini sındırıb.