ABŞ-da yaşayan iranlı biznesmen Rza Zərrab keçmiş həyat yoldaşı və müğənni Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, o, bu barədə artıq vəkillərinə göstəriş verib.
Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara üstündə qəyyumluq mübahisəsidir.
Qeyd edək ki, Rza Zarrab Təbriz şəhərində anadan olub və əslən azərbaycanlıdır. O, Türkiyədə fərqli sahələrdə fəaliyyət göstərən holdinqin sahibidir. Bundan başqa o, bəstəkarlığı ilə də tanınır.
Zərrab Ebru Gündeşlə yanaşı bir sıra məşhur müğənnilər üçün də arabesk mahnı sözləri yazıb. Bunların arasında Sibel Canın oxuduğu “Eski Toprak” və İbrahim Tatlısesin ifa etdiyi “Neden” mahnılarını xüsusi qeyd etmək olar.