Aktrisa Şeron Stoun Döş Xərçəngi Tədqiqatları Fondunun ianə toplama gecəsində çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.
Teleqraf.com xəbər verir ki, müflis olan aktrisa hazırda ABŞ-da qeyri-sabit maliyyə dövrünün yaşandığını deyib: "Hər kəs çek yazmağa cəsarət etmir. Mən nə baş verdiyini anlayıram. Mən bank problemlərinə görə pulumun yarısını itirdim, amma hələ də buradayam”, - deyə kino ulduzu bəyan edib.
İddialara görə, Stounun martın 10-da müflis olan “Silicon Valley Bank”dakı əmanəti batıb