Xalq artisti Ramiz Məlik Heydər Əliyev Fonduna müraciət edib.
Bu haqda Teleqraf.com-a xalq artistinin özü məlumat verib: "Səhhətim qənaətbəxşdir. Hazırda evdəyəm, amma həkimlərin nəzarətindəyəm. Dəstək üçün Heydər Əliyev Fonduna müraciət etmişəm. Xəbər gözləyirəm. Mədəniyyət Nazirliyinə də bildirmişik".
Qeyd edək ki, bir müddət əvvəl damar cərrahı, millət vəkili Rəşad Mahmudov sosial şəbəkədə 79 yaşlı aktyorun mədə-bağırsağında problem aşkarlandığını bildirmişdi. Aktyor bir müddət əvvəl "Bona Dea Hospital"ına yerləşdirilmişdi.