21 Aprel 2023 11:53
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəyli İnstaqramda hekayə bölümündə şəbəkə izləyicisinin "Siz Murad İsmayıldan ayrıldınız?" sualına "Sosial media hesabını verəcəm, ayrılan kimi sizə xəbər edər. Allah ağıl versin", - deyə sərt reaksiya göstərib.

Aktrisa sevgidən də bəhs edib: "Sevgiyə həsr edilən musiqilər gündən-günə artsa da, həqiqi sevgilər saniyə-saniyə azalır. Artıq hər kəs öz xeyrini güdür. Saxtakar sevgilər gözümüzü yordu".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli ilə Murad İsmayılın iki övladı var. Cütlük bir müddət əvvəl boşanma xəbərləri ilə gündəmdə idilər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər