29 Aprel 2023 23:19
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov sabah saat 12:00-da II Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

***

15:16

Bu gün vəfat edən xalq artisti Aftandil İsrafilovla vida mərasimi sabah Heydər Məscidində keçiriləcək.

Mədəniyyət Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, qarmon ustadı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

"Aprelin 30-da saat 11:00-da Heydər Məscidində tanınmış qarmon ifaçısı, xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi keçiriləcək", - məlumatda deyilir.


Müəllif: Rəqsanə Həsənova