Azərbaycanın "Avroviziya 2023" Beynəlxalq Mahnı Müsabiqəsinin şərhçisi Azər Süleymanlı olacaq.
Teleqraf.com-un xəbərinə görə, Azər Süleymanlı bu haqda sosial şəbəkədə məlumat verib:
“Gücləndirilmiş rejimdə işləyirəm. Müsabiqə bitsin, geri dönəcəm. Uğurlar".
Qeyd edək ki, ölkəmizi müsabiqədə Tural və Turan Bağmanovlar “Tell Me More” mahnısı ilə təmsil edəcəklər.