Aparıcı Hacı Nuran mərhum xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanın vəfatından yazıb.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran sosial şəbəkədə bu sözləri qeyd edib:
"Həyat onu yaman sınadı. O da bu sınaqdan çıxa bilmədi. Bəlkə də xarakteri, bəlkə də ətrafımdakı dostları günahkar oldu. Bunu müzakirə etmək və kimisə qınamaq bizə düşməz. Əgər əlimizdən gəlirsə, kömək edək, olmursa qınamayaq. Çünki qınayan insan sabah öz başına nələrin gələcəyindən xəbərsizdir. Çingiz Aslan evsiz insan idi. Xəstə idi. Məskəni canı qədər sevdiyi Bakı gecələri idi. Yay-qış bu küçələrin əbədi sakini idi. Bir müddət öncə onunla görüşdük, danışdıq. Maddi-mənəvi kömək elədik. Amma...".
Qeyd edək ki, Çingiz Aslan infeksion hepatit, qaraciyər sirrozundan əziyyər çəkib. Onun
nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.