6 May 2023 22:08
7 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan müğənni İradə İbrahimova "Zaurla Günaydın" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, İradə İbrahimova etirafı ilə diqqət çəkib:

"Övladlarımı dayəsi var, qaynanamın yanında qoyub gəlmişəm. Bacım 20 günə ana olacaq. Ona görə də onun yanında olmaq istədim. Onun oğlu dünyaya gələcək. Anam üç qız dünyaya gətirdi, oğlan verə bilmədi. Amma üçümüzdə də birinci qız, ikinci oğlan oldu. Qaynatamın bir oğlu var və düşünürdü ki, İzer soyadı davam etməlidir. Ana olanda iki dəfə xəstəxanaya getdik. İnanmadılar ki, qız olacaq. Orada belə bir hal ilə qarşılaşacağımı gözləmirdim. Düşünürdüm ki, qız və oğlan olmasının fərqi yoxdur. Məgərsə var imiş. Allah qaynatama rəhmət etsin. Mənə dedi ki, Dilarə sən nə etdin? Sualın cavabını bilmədim. Sanki günahkar mən idim. Çox istəyirdi ki, oğlum olsun".

İfaçı onu da deyib ki, karyerasına başlayacaq: "Həyat yoldaşım deyir ki, artıq karyerana başla. Deyirdim ki, uşaqlar bir yaşı olsun, başlayacam. Əslində, övladlarıma çox şey borcluyam. Övladlarım məni böyütdülər, onlarla bərabər həyatı öyrəndim. Sanki ana demək vicdan deməkdir. Övladlarımı bu yaşa qədər gətimişəm, böyütmüşəm. Onları da zamanla həll edib, sənətimə başlayacam. Həm sənət, həm də ailə bir arada çətindir. Mənim həyat yoldaşımın işimlə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyünün Əli adlı oğlu, İpək adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər