20 May 2023 13:44
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının direktor əvəzi İlham Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

- İlham müəllim, Azər Paşa Nemətovdan sonra "Azdrama"ya direktor əvəzi təyin edilmisiniz. Fəaliyyətiniz barədə məlumat verə bilərsiniz?

- 28 ildir ki, teatrda işləyirəm, bütün sahələri bilirəm. İnşallah çalışıram ki, etimadı doğruldum. Müəyyən işlər görürük. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatra bədii rəhbər təyin olunub. Yəqin ki, uğurlu işlərə imza atacağıq.

- Teatrda nə kimi dəyişikliklər edəcəksiniz? Qeyd etdiyiniz kimi Mehriban Ələkbərzadə də teatrda bədii rəhbər təyin edildi...

- Teatrda yeni tamaşalarımız olacaq. Ümumiyyətlə, yaradıcı planlarımız var. Bu haqda bir müddət sonra açıqlama verərik. Mehriban xanım da bədii rəhbər təyin edilib. İnşallah planlarımızı müzakirə edəcəyik.

- Hazırda teatrın repertuarını necə qiymətləndirirsiniz?

- Teatrda hər şey yaxşıdır və daha yüksək pilləyə doğru gedəcəyik. Hamı sevincli və işləməyə həvəslidir. Mehriban Ələkbərzadə bədii rəhbər təyin edildikdən sonra yaradıcı heyətdə həvəs, istək daha da artdı. İnşallah görülən işlərin şahidi olacaqsınız.


Müəllif: Rəqsanə Həsənova