20 May 2023 17:24
3 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fəxri ad almağıma maneçiliklə bağlı açıqlamalarımdan sonra teatrımızın rəhbəri Əliqismət Lalayevlə görüşməmişəm. Reaksiya yoxdur, onunla dəfələrlə bu haqda danışmışam. Amma son açıqlamlarımdan sonra tamaşaçıların xoş münasibətini gördüm, heç kim demədi ki, niyə belə danışırsan?".

Bu sözləri Teleqraf.com-a açıqlamasında aktrisa Ülviyyə Əliyeva Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev haqqında danışarkən deyib.

"Açıqlamalarımdan sonra müsbət tərəfi o oldu ki, tamaşalarımın sayı çoxaldı. İnşallah gələn həftə "Beş manartlıq gəlin" tamaşasında oynayacam. Gələn ay isə "Mən dəyərəm min cavana" tamaşasında oynayacam. Dublyorum olduğuna görə ayda bir-iki dəfə tamaşalarda oynayıram. Eləcə də "Molla Nəsrəddinin beş arvadı" tamaşası olacaq. Bütün tamaşaçıları teatra dəvət edirəm. Gəlib tamaşalarımıza baxsınlar. Teatr öz evim kimidir".

Aktrisa Mədəniyyət naziri Adil Kərimlinin sənət adamlarına qayğısından da söhbət açıb:

"Nazirimiz sənət adamlarına çox dəstək olur. Bu qayğını Tünzalə Əliyevanın dəfni zamanı gördüm. Mətbuatdan səsimizi eşidib, çox dəstək oldu, eləcə də Dilarə Əliyevanın həyat yoldaşı Oqtay Əliyevin dəfni zamanı. Cənab nazir ailə üzvü kimi diqqətini göstərdi. Bilirəm ki, cənab nazir çox ədalətli insandır. İnşallah səsimizi eşidər".

Qeyd edək ki, Ülviyyə Əliyeva bir neçə gün əvvəl teatr rəhbərinin Prezident mükafatı və fəxri ad almasına mane olduğunu demişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər