Prodüser Tarix Əliyev (Tolik) Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb "Peynirci Baba" adlı marketdən aldığı lavaşın kifli olması olub.
"Dünən gecə saat birə qalmış "Peynirci Baba" mağazasasından lavaş almışam. Lavaşı evə gətirmişəm. Bu nə lavaşdır ki, satırsınız? Gününə baxın. Düzdür, ola bilər ki, deyəsiniz bunun qiyməti 1 manatdır. Amma səhər oyanıb, çörək yemək istəyirəm və fikirləşirəm ki, təzə lavaş olacaq, amma baxıram ki, lavaş kif bağlayıb. AQTA belə yerlərə gedib baxsın ki, bunlar nə satırlar. Bunlar Türkiyədən gəlmir ki, Azərbaycanda bişirirlər. Neçə günün lavaşıdır? Bu nə biabırçılıqdır? Bu mağaza niyə belə edir? Səhər-səhər əsəblərimə toxundular. Bu nə deməkdir? Yəni nə məcburdur kiflənmiş lavaş satmaq? Deməli bunların məhsularının hamısı belədir, vaxtı keçmiş? Mən daha buradan heç vaxt heç nə almaram. Tövsiyə də etmirəm".