Aparıcı Vüsalə Əlizadəni "7 canlı" verilişində həmkarı İlhamə Bədəlova əvəz edib.
Məsələ ilə bağlı Azad Azərbaycan” MTRK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Vüsalə Əlizadənin səhhəti ilə bağlı olaraq bir müddətlik 7 "Canlı" verilişinə İlhamə Bədəlova aparıcılıq edəcək. Hər şey qaydasındadır".
Qeyd edək ki, Vüsalə Əlizadənin İnstaqramda "Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et..." statusu onun kanal ilə yollarını ayırması haqda iddialara səbəb olub.