56 yaşlı Salma Hayek saunada çəkilmiş şəklini sosial şəbəkələrdə yayımlayıb.
Teleqraf.com xəbər verir ki, fotoda aktrisa buxar otağında skamyada uzanmış vəziyyətdə təsvir olunub. O, bir cüt ağ dəsmalla örtünərək çılpaq poza verib.
İnstaqramda paylaşdığını fotoya aktrisa belə qeyd yazıb: “Saunanın müalicəvi xüsusiyyətlərini qəbul edirəm və stressdən xilas oluram”.
İzləyicilər Salma Hayekin fiqurasına və makiyajsız görünüşünə heyran olublar.
2009-cu ildə Salma Hayek fransız milyarder Kering Francois-Henri Pinault ilə ailə qurub.
Cütlüyün 15 yaşlı Valentina adlı qızı var.