7 İyul 2023 13:14
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur reper Elşad Xose mərhum həmkarı Hüseyn Dərya haqqında “Baku TV”də etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elşad Xose Hüseyn Dərya ilə münasibətindən danışıb.

“Mərhum Hüseyn Dərya ilə ilk vaxtlarda münasibətimiz yaxşı idi. Ona görə bacardığımız qədər kömək edirdik. Qısqanc, paxıl insan deyildi. Anar Nağılbazın bir az qısqanclığı var idi. Hüseyn məşhurlaşdıqdan sonra Anar Nağılbaz onu qısqanmağa başladı. Düzdür, Anar gah o, gah da bu tərəfdə olurdu. Mənim nə “Dəyirman” qrupu, Anar Nağılbazla, nə də Hüseyn Dərya ilə mübarizə aparmağa ehtiyacım olub. Yenə də təkəbbürlü çıxır”.

Elşad Xose həmkarının pis vərdişlərindən də danışıb: "Bəlkə də biz dost ola bilərdik, onu özümdən uzaq saldım. Dedim ki, sən hələ cavansan, bir az öyrən. Bəlkə də qüruru təsir etdi. Bir dəfə onu Dənizkənarı parkda bıçaqlamışdılar, son ana qədər elə bilirdi ki, hadisə mənimlə bağlıdır. Sənətimiz, tərzimiz, dinləyicimiz fərqli idi. Kəmiyyət onda idi, keyfiyyət məndə. Onun bəzi davranışı, ifa etdiyi mahnıları, həyat tərzi mənim ona vurduğum pisliklərdən daha çox pislik edirdi. Ona görə heç nə etmək lazım deyildi. Narkotikə də mənə görə başlamışdı. İnsan öləndə qədri bilinir. Sosial şəbəkədə onu ağzıdolu tərif edənlər heç bilmir ki, qəbri haradadır”.

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə 38 yaşında avtomobil qəzasında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova