24 İyul 2023 13:26
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur Hollivud ulduzu Tom Kruz İstanbula gəlib.

Teleqraf.com xəbər verir ki, Tom Kruz iyulun 12-də nümayiş etdirilən son filmi "Missiya Təhlükəsi: Ölümcül Qarşılaşma"nın ikinci hissəsinin çəkilişləri üçün İstanbula gəlib.

Çəkilişlər İstanbulda Kapalıçarşıda baş tutub.

Filmdə agent İtan Hant obrazını canladıran 60 yaşlı aktyor dublyordan istifadə etməyib.

Qeyd edək ki, filmdə baş rolları Tom Kruz, Rebekka Ferquson, Simon Redd kimi ulduzlar oynayırlar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər