24 İyul 2023 22:42
2 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Lalə Azərtaş “Təsir dairəsi”ndə əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirə ilə qeyri-rəsmi nikahda yaşadığı iddia edilən Türkiyə vətəndaşı Kemal Mustafa İbili arasında olan məhkəmə prosesinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Lalə Azərtaş bu sözləri deyib: “Hamı mənə bu sualı verirdi ki, Cavanşir Məmmədovla Mustafa İbili məsələsinin sonu necə oldu? Hər kəsə eyni cavabı verirdim ki, gəlin, birinci günü gözləyək. Çünki bilirdik ki, birinci gün hökm oxunacaq. Vəkilimiz orada idi, sağ olsun, detallı şəkildə hər şeyi mənə deyirdi. Cavanşir Məmmədov məhkəmənin necə sonlanacağına əmin idi. Adam hər şeyi bilirdi. Dayanmadan deyirdi ki, baxarsan, elə məhkəmə zalında həbs olunacaq. Hər şeyi detallı şərh edirdi. Əmin oldum ki, Cavanşir Məmmədov sadəcə yaxşı müğənni deyil, həm də altıncı hissi çox güclü olan insandır. Adam əminliklə bir neçə gün əvvəl baş verən hadisələrin proqnozunu verdi. Nəticə etibarı ilə hər şey dediyi kimi oldu. Mustafanı elə məhkəmə zalında həbs etdilər. Vəkilimiz iştirak edirdi prosesdə, gəlib danışacaq. Cavanşir Məmmədovu anlayıram, puluna görə yanırdı. Çünki 100 min pulu çıxıb. Bu pul ona qaytarılmalıdır. Bu gün də eyni hökm verildi. Amma proses ərəfəsində deyilən məsələlər qaranlıq qalırdı. Hakimin hansı hökm oxuyacağını heç kim bilə bilməz. Görünür ki, olurmuş. Cavanşir Məmmədov demişdi ki, hökm verilən günü verilişə gələcək, pulu burada paylanacaq. Amma sözünü tuta bilmir. Səbəbini bilmirəm. Məhkəmənin qərarı müzakirə olunmur, çıxarılan hökmə hörmətlə yanaşırıq. Məhkəmənin aliliyinə inanan insan olmuşam. Hökmün öncədən bilinməsinin, onun 10 milyon qarşısında deyilməsinin tərəfdarı deyiləm. Bu, məhkəmənin qərarına kölgə salır. Cavanşir Məmmədov “intizam alınacaq” dedi, adamdan intizam alındı. “Həbs olunacaq” dedi və adam həbs olundu. “Bu maddə ilə heç kim onu qurtara bilməyəcək” dedi və elə də oldu”.

Qeyd edək ki, Mustafa İbili sözügedən verilişə pənah gətirərək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Bu gün isə Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.







Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər