31 İyul 2023 16:48
3 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Depressiyaya düşmək həddindəyəm. Ona görə inanın ki, hər şeydən bezmişəm, yaşamaqdan belə..."

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Nurlan Əzizbəyli maddi problemindən danışarkən deyib:

"Həyatda heç vaxt pessimist insan olmamışam. Amma görürəm ki, heç cür alınmır. 38 ildir bu sənətdə can qoyuram, layiq olduğum yerdə deyiləm. Niyə? Səsim, səhnə mədəniyyətim yoxdur? Bu gün çox acınacaqlı vəziyyətdəyəm, heç bir tədbirə, toy mərasiminə dəvət etmirlər. Sənətə gələndən bir gün evdə oturmurdum, bütün günü tədbirlərdə, məclislərdə idim. İndi nə oldu?

Allaha şükür, saatlarla canlı oxumağa indi də gücüm çatır. Maddi problemlərim həddən artıq çoxdur. Oğlum ali məktəbə daxil olub, onun ödənişini ödəyə bilmirəm. Ata kimi heç nə edə bilmirəm. Oğlumun təhsili üçün 4-5 min manat lazımdır. Heç cür həll edə bilmirəm. Ağlamağı da sevmirəm. Artıq özümə qəsd etmək vəziyyətinə çatıram. Övladım üçün heç nə edə bilmirəmsə, niyə yaşayıram?.."




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər