Türkiyəli aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Dəmirin baş rolları paylaşdığı "Yalı Çapkını" serialının yayım tarixi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, serialın çəkilişlərinin avqustun 25-də başlandığı bildirilib.
"Yalı Çapkını"nın 37-ci bölümünün sentyabrın sonunda ekrana gəlməsi iddia olunur.
Afra Saraçoğlu və Mert Ramazanın yeni mövsümdən ilk fotosu yayımlanıb.
Qeyd edək ki, serialın yeni mövsümündə aktrisa Binnur Kaya da yer alıb.