3 Sentyabr 2023 14:49
4 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva mərhum oğlu Əli Quliyevin oğlu Tamerlanla görüşüb.

Teleqraf.com xəbər verir ki, xalq artisti sosial media hesabında nəvəsi ilə fotosunu paylaşıb.

Xalq artisti paylaşımda qeyd edib: "Allah heç bir bəndəsinə daşıya bilməyəcəyi dərdi verməz. Ya rəbbim, şükür sənə. Övladlarımızı qoru. Allahım, sən böyüksən".

Qeyd edək ki, Tamerlan anası ilə Rusiyada yaşayır. Xalq artisti oğlunun vəfatından sonra nəvəsi ilə görüşə bilmədiyini açıqlamışdı.

Xatırladaq ki, sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova