Əməkdar artist Elza Seyidcahan ləhcə ilə danışanları tənqid edib.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan MTV Azərbaycan kanalında bu sözləri deyib:
"Dialekt sözlərimizə böyük hörmətim var. Ən fərqli ləhcə isə dağlılarındır. Məni ləhcə ilə danışan görmüsünüz?! Ədəbi dilimiz var, elə insanları efirə buraxmaq olmaz. Müəllimlər tələbələrə çoxlu suallar əvəzinə desinlər ki, danış, səni tanıyım. Əgər Azərbaycan sözünü "ç" ilə səsləndirirsə, deyilməlidir ki, xanım, diplomunu da götür, çıx. Bizim gözəl Azərbaycan dilimiz var".