14 Yanvar 2015 10:20
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya şahzadəsi Harrinin keçmiş sevgilisi Kressida Bonas məşhur Mulberry brendiylə müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, 25 yaşlı model markanın yeni siması qismində bütün reklam kampaniyalarında çəkiləcək. Bonasın iştirakı ilə çəkilən ilk reklam çarxında onun tərəf müqabili aktyor Freddi Foks olub. Mulberry reklam kampaniyasını geniş kütləyə mart ayında təqdim edəcək.

Qeyd edək ki, bundan öncə Mulberry-nin simaları Kara Delevin və Aleksa Çanq olub.

Rüstəm


Müəllif: