21 Sentyabr 2023 15:43
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli bloqer Şeyma Subaşı həyat yoldaşı, misirli iş adamı Məhəmməd Alsaloussidən boşanır.

Teleqraf.com xəbər verir ki, cütlüyə yaxın mənbə Türkiyə mediasına Şeyma Subaşı və Məhəmməd Alsaloussinin boşanmaq üçün məhkəməyə müraciət etdiklərini deyib.

İkili bu haqda açıqlama verməyib.

Qeyd edək ki, Şeyma Subaşının ilk nikahı TV 8 kanalının rəhbəri Acun Ilıcalı ilə olub. Onun bu evliliyindən bir qızı var.


Müəllif: Rəqsanə Həsənova